x
Loading...
.

Meyvəli bazarındakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO

.

Bakının Qaradağ rayonu ərazisində “Meyvəli” ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, hadisə ticarət mərkəzindəki köşklərdən birində baş verib.

Əraziyə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

22:22

Lökbatan qəsəbəsi ərazisindəki “Meyvəli” bazarında yanğın başlayıb.

Metbuat.az-ın məlumatına görə, yanğın ərzaq mağazalarının birində qeydə alınıb.

Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.

Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR