x
Loading...
.

Erməni general da Paşinyanın istefası tələbinə qoşuldu

.

Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisinin keçmiş müavini, general-leytenant Aykaz Baqmanyan da Baş nazir Nikol Paşinyanın istefasını tələb edən hərbçilərə qoşulub.

Metbuat.az xəbər verir ki, bu barədə o, erməni KİV-nə müsahibəsində deyib:

“Mən düşünmürəm ki, Silahlı qüvvələr bu bəyanatı düşünmədən veriblər. Fikrimcə, onlar ciddi qərar qəbul ediblər və mən də bu addıma qoşularaq onu dəstəkləyirəm. Məğlub ölkənin lideri postunda qala bilməz, 10 noyabrda o, istefaya getməli idi. İndi o, 2008-ci ildə baş vermiş “1 mart”ı təkrarlamaq istəyir – güllələnmə, yanan maşınlar və sair”.

Baqmanyan bildirib ki, həm polis, həm də Milli Təhlükəsizlik Xidməti Nikol Paşinyanın əmrlərini yerinə yetirməmək üçün iradə gücünə sahibdir. Üstəlik, bu strukturlarda Paşinyanın əmrlərini yerinə yetirməyən insanların olduğuna və saylarının artacağına əmindir.

Qeyd edək ki, sabah saat 18.00-da müxalifət, 18.30-da isə Nikol Paşinyan öz tərəfdarları ilə küçə və meydanlara çıxacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR