5 il ərzində bu şəxslərə mənzil veriləcək -

Növbəti 5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzilin verilməsi nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu il rekord sayda - 3000 mənzilin şəhid ailələri və müharibə əlillərinə verilməsi planlaşdırılır.

S.Babayev deyib ki, 2021-ci ilin yanvar ayınadək ölkədə 9178 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Təkcə ötən il 1572 mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib. Həmin mənzillərin 1500-ü dövlət vəsaiti hesabına, 72-si isə sosial tərəfdaşlar tərəfindən təqdim olunub.

Nazir əlavə edib ki, indiyədək verilən mənzillər 2014-cü ilin yanvar ayınadək növbəyə dayanmış şəhid ailələri və müharibə əlillərini əhatə edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR