ABŞ-a nüvə xəbərdarlığı: 22 illik saziş ləğv edilə bilər

Filippin prezidenti Rodriqo Duterte ABŞ qoşunlarının ölkədən çıxarıla biləcəyini bəyan edib.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən xəbərinə görə, o bildirib ki, Vaşinqton Filippində nüvə silahı yerləşdirərsə ABŞ-la imzalanan “Qüvvələr müqaviləsi” tək tərəfli şəkildə pozulacaq. Prezidentin sözlərinə görə, ölkəsi müstəqil siyasət yürüdür:

“Sizə xəbərdarlıq edirəm. Nüvə silahını Filippinə gətirsəniz ABŞ-la imzalanmış “Qüvvələr razılaşması”nı dərhal ləğv edərəm”.

Qeyd edək ki, Filippin və ABŞ arasında "Qüvvələr razılaşması" 22 il əvvəl imzalanıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR