İnternetdə tanış olduğu xanımın evinə getdi -

Türkiyədə varlı şəxslərə qarşı dələduzluq edən cinayətkarlar həbs edilib.

Metbuat.az xəbər verir ki, İstanbulda Əminə adlı xanım internetdə tanış olduğu M.T adlı şəxsi evinə dəvət edib. Lakin türkiyəli evə daxil olan kimi 3 nəfərin hücumuna məruz qalıb. Soyğunçular zərgər olan M.T adlı şəxsi silahla hədələyərək üzərindəki bank kartlarını və külli miqdarda pulunu ələ keçiriblər.

Məlum olub ki, cinayətkarlar bir neçə nəfərə qarşı oxşar hadisələr törədiblər. Onlar maddi baxımdan imkanlı olan şəxsləri hədəf seçiblər.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR