"Vor zakon" Armen Kazaryanın VAR-DÖVLƏTİ dağılır -

Amerikadakı erməni mafiyasının lideri, "Pzo" ləqəbli "vor zakon" Armen Kazaryan barədə yeni məlumatlar yayılmağa başlayıb.

Metbuat.az-ın məlumatına görə 1964-cü ildə Yerevanda anadan olan Armen Kazaryan gənc yaşlarından yerli kriminal qruplaşmanın lideri kimi məşhurlaşıb. Onu 1991-ci ildə Rostovda "vor zakon titulu veriblər. 1996-cı ildə Kazaryan ABŞ-a köçüb və burada federal büdcədən yüz milyonlarla dolların mənimsənilməsinə gətirib çıxaran mürəkkəb dələduzluq sxemini qurub.

Federal Təhqiqatlar Bürosu illərlə davam edən təqiblərdən sonra nəhayət "Pzo"nun mafiyasını çökdürə bilib. Bu iş üzrə cəmi 78 nəfərə ittiham elan olunub.

Yeni yayılan məlumatlara əsasən 'Rusiya Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi ölkənin Adıgey, Krasnodar, Kuban, Anapa kurort zonalarında qanunsuz yollarla torpaq ələ keçirən etnik ermənilərdən ibarət kriminal dəstənin cinayət işi üzrə istintaq aparmağa başlayıb.

Məlum olub ki, ələ keçirdikləri torpaqlarda həm də meşələri qanunsuz talan edən dəstəyə erməni tikinti maqnatları Kazaryan qardaşları rəhbərlik edirmiş.

Politoloq Yeganə Hacıyeva Metbuat.az-a bu barədə məlumat verərək bildirdi ki, Kazaryan klanı uzun illərdir Ermənistanda müxtəlif sahələrə iri həcmli maliyyə yatıran messanatlardandır.

''İstintaq Komitəsi aydınlaşdırıb ki, Kazaryan qardaşlarından böyüyü, meqa şirkətlər qrupu və 17 inşaat-daşınmaz əmlak şirkətlərinin sahibi Misak Kazaryan ona məxsus şirkətlərdə şəriklərini kriminal üsullarla (hədə, ölüm, həbs etdirməklə) kənarlaşdıraraq onların payını mənimsəyib, tikintilərdə isə digər səhmdarların vəsaitlərini ölkədən çıxarıb.

Misak Kazaryan 22 fevralda ölkəni tərk etmək istəyərkən həbs edilib. Misak Kazaryan daha öncə, 90 və 2000 ci illərdə Moskvada və Kubanda mənzili olan tənha qocalar və kimsəsiz uşaqların mülkiyyətini ələ keçirən cinayətkar dəstəyə başçılıq edib, silsilə cinayətlərə görə bir neçə dəfə həbs olunub, lakin Rusiya hökümətindəki əlaqələrinə görə həmişə azad edilib.

Hazırda Rusiya təhlükəsizlik orqanları Kazaryan klanının vəsaitlərinin xaricə çıxarılması və Ermənistan nümayəndələri ilə maliyyə əməliyyatlarının qarşısını alınması üçün tədbirlər görür.

Rusiya İstintaq Komitəsi Kazaryan klanına hökümət və güc-təhlükəsizlik strukturlarında himayədarlıq edən qüdrətli şəxsi üzə çıxarmağa çalışırlar''.

Məlumat üçün bildirək ki, Kazaryan qardaşları media maqnat Aram Qabrelyanovun maliyyə himayədarı kimi tanınırlar.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR