x
Loading...
.

Cavidan Şərifov: ““Şuşaya dönüş” fotosu döyüş zamanı çəkilməyib...”

.

İki gündür sosial şəbəkədə Azərbaycan orusunun “Şuşaya dönüş” kimi qeyd edilən fotosu paylaşılır.

Hansı ki, həmin fotoda Şuşadan Xankəndinə enən yolda əsgərlərimizin məğrur şəkildə dönüşü qeyd edilib. Azərbaycan əsgərlərinin dönüş fotosu Hollivud filmlərinin qəhrəmanlıq səhnəsini xatırladır.

Metbuat.az xəbər verir ki, fotonun ideya müəllifi Cavidan Şərifov açıqlamasında qeyd etdi ki, sözügedən foto kapitulyasiya aktından sonra çəkilib:

“Biz Bakı Media Mərkəzi əməkdaşları olaraq döyüş zamanında və ondan sonra da Qarabağda çəkilişlərdə iştirak edirdik. Bu foto döyüş zamanı çəkilməyib. Fotonun Zaur Mirzey çəkib. Mən orda rejissor və ideya müəllifiyəm. Operatorumuz isə Əli Əliyev idi”.

Cavidan Şərifov qeyd edir ki, döyüş zamanı belə foto çəkmək mümkün deyil:

“Döyüş ərəfəsində bu cür quruluşlar olmur. Kim desə ki, döyüş zamanı belə foto çəkilib, bu mümkünsüzdür. Bu foto Noyabrın 11-də çəkilib, yəni kapitulyasiya aktından sonra. İmzalanan sənədə baxmayaraq ordu birləşmələri hər bir təxribatın qarşısını almağa hazır vəziyyətdə idilər. O an belə düşmən tərəfindən hər şey gözləmək olardı. Şəkildə qeyd edilən yol Şuşa şəhərinin altında Xankəndinə enən yoldur. Fotodakı igidlər isə Şuşanın düşmənlərdən təmizləyən igidlərdir. Hazırda bir film üzərində iş gedir və ən qısa zamanda bu filmdə çox maraqlı və igidlik nümunəsi olan səhnələrin şahidi olacaqsınız”.(Moderator)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR