Sabah Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, martın 2-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə və Xocahəsən dairələri arasında yerləşən hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə Metbuat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən təmir işləri saatlarında ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR