x
Loading...

Göydələndən yıxılan körpəni kuryer xilas etdi

.

Vyetnamda eyvandan yıxılan körpə qızın qurtarılması görənləri heyrətləndirdi.

Metbuat.az xəbər verir ki, çoxmərtəbəli binanın 12-ci mərtəbəsindən yıxılan qızın cəmi 3 yaşı olub.

O, valideynlərinin diqqətindən bir anlıq yayınaraq eyvana çıxıb. Burada da sakit dayanmayan uşaq məhəccəri aşaraq çölə qaçmağa çalışıb.

Bunu görən qonşular səs-küy salaraq, bu görüntüləri mobil telefon vasitəsilə qeydə almağa başlayıblar. Elə bu an çatdırılma üçün binanın qarşısına yaxınlaşan kuryer onların səslərini eşidib və məhəccəri aşan uşağı görcək əllərini açaraq aşağıda gözləməyə başlayıb. Bir müddət sonra eyvandan yıxılan uşaq düz onun üzərinə düşüb.

Hadisə nəticəsində onların hər ikisi xəsarət alıb.(Oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR