x
Loading...

Gürcüstanda polislə etirazçılar arasında gərginlik

.

Gürcüstanın müxalifət liderləri və tərəfdarları ölkə parlamentinin binası ətrafında piket keçirir.

Metbuat.az xəbər verir ki, avtomobil yolunu bağlamağa cəhd edən piketçilər və polis arasında fiziki qarşıdurma baş verib.

İnsident zamanı bir neçə nəfər saxlanılaraq ərazidən uzaqlaşdırılıb.

Qanunverici orqanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Deputatlar parlamentin binasına aksiyaçıların fit səsləri və “Qullar!” şüarı fonunda daxil olurlar.

Qanunverici orqanın bütün girişlərində polis qüvvələri səfərbər olunub.

Dinc aksiyada müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azadlığa buraxılması və növbədənkənar parlament seçkiləri tələb olunur.

Müxalifət analoji piketi martın 5-nə hökumət binasının qarşısında təyin edib. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR