x
Loading...
.

Formula 1 yarışlarına jurnalistlərin qeydiyyatı başladı

.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycanda keçiriləcək 2021-ci il Formula 1 Azərbaycan Qran Prisi üçün yerli media nümayəndələrinin akreditasiyasına başlayır.

Metbuat.az xəbər verir ki, akreditasiya martın 2-də başlayır və martın 20-ə qədər davam edəcək.

Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin veb səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidir.

Qeyd edək ki, 2021-ci il Formula 1 Azərbaycan Qran Prisi iyunun 6-da Bakıda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR