x
Loading...
.

Martın 3-dən Azərbaycanda bütün təhsil müəssisələri bağlanır? - AÇIQLAMA

.

Təhsil Nazirliyi sosial şəbəkələrdə martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlər virusla əlaqədar fəaliyyətini dayandırılır paylaşımlarına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov feysbuk hesabında ötənilki məlumatı bu ilə uyğunlaşdırmamağı tövsiyə edib.

Nazirlik rəsmisi qeyd edib ki, tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı: " Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR