x
Loading...

SON DƏQİQƏ: Səudiyyə Ərəbistanına hücum edildi - Qırıcılar təcili havaya qaldırıldı

.

Səudiyyə Ərəbistanına raket zərbələri endirilib.

Metbuat.az CNN-ə istinadən xəbər verir ki, mərmilərdən birinin Yəmənlə sərhəddə yerləşən Cizan bölgəsindəki yaşayış məntəqəsinə düşməsi nəticəsində azı 5 nəfər xəsarət alıb. Tələfat barədə məlumat yoxdur. Bir neçə ev və tikili dağılıb. Hava hücumundan müdafiə sistemləri bir neçə mərmini zərərsizləşdirib.

Hücumun Yəməndəki Husi üsyançıları tərəfindən təşkil edildiyi bildirilir. Hadisədən sonra krallıq qırıcıları havaya qaldırıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR