Peyvənd olunan xanım vəfat etdi -

Yaponiyada 60 yaşlı qadın koronavirus peyvəndi olunandan sonra vəfat edib.

Metbuat.az xəbər verir ki, Yaponiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, qadın Pfizer/BioNTech” peyvəndi olunandan 3 gün sonra beyin qanaması nəticəsində dünyasını dəyişib. Onun ölüm səbəbi ilə peyvənd arasında əlaqənin olub-olmadığı araşdırılır.

Hökumətdən isə bildirilib ki, ilkin müayinələr qadının ölümü ilə peyvənd arasında əlaqənin olmadığını göstərir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR