Ərdoğandan vacib təlimat: Regionda müsbət proseslər baş verəcək

Türkiyə rəhbərliyi bölgədəki vəziyyəti sabitləşdirmək üçün Suriya adminstrasiyasına təklif göndərib.

Metbuat.az-ın “Hürriyet” qəzetinə istinadən məlumatına görə, Ankara suriyalı qaçqınların geri göndərilməsi və onların təhlükəsizliyinin təmin edilməsi, həmçinin antiterror əməliyyatları və sərhəd bölgələrinin təhlükəsizliyi məsələləri ilə bağlı Dəməşq qarşısında bir sıra təkliflər irəli sürüb. Məqalədə qeyd edilib ki, prezident Bəşər Əsəd sərbəst qərarlar qəbul etmək iqtidarında deyil. Onun qərarlarına İran və Rusiya təsir göstərir.

Bununla belə yaxın aylarda, bölgədə müsbət hadisələrin yaşanacağı istisna deyil. Məqalədə həmçinin Türkiyə və Misir arasında da danışıqların davam etdiyi və müzakirələrin müsbət məcrada getdiyi qeyd edilib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR