Sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb

Dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb.

Metbuat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Əmək bazarında şəffaflaşmaya yönəlik islahatlar uzunmüddətli hədəflərə söykənir. Cari ilin 2 ayında məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artıb, proqnozdan əlavə daxilolma 65,4 milyon manat təşkil edir”, - deyə nazir bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR