Türkiyədə gündəlik yoluxma sayı 11 mini keçdi

Türkiyədə son sutka ərzində 68 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 11 837 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 28 706, virusa yoluxanlar isə 2 723 316 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 586 073 pasiyent (son sutkada 7892 nəfər) sağalaraq evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR