x
Loading...
.

Papa İraqa gedir - Tarixdə ilk dəfə

.

Katoliklərin ruhani lideri və Vatikan rəhbəri Papa Fransisk İraqı ziyarət edən ilk Papa olacaq.

Metbuat.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı Vatikan sözçüsü Matteo Bruni deyib.

“Pandemiya səbəbindən təxminən 16 aydır xarici səfərə gedilmirdi. Bu səyahət Papanın 33-cü xarici səfəri olacaq. Tarixdə ilk dəfə Papa İraqa gedir.

Eyni zamanda, Papa əhalisinin çoxu şiələrdən ibarət olan bir ölkəyə gedir”, - M.Bruni qeyd edib.

Vurğulanıb ki, Papa bu səyahətində zirehli maşınlara üstünlük verəcək.

Səyahət 5-8 mart tarixlərini əhatə edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR