Böyük Britaniya alimləri koronavirusa qarşı olan “Oxford/AstraZeneca” və “BioNTech/Pfizer” peyvəndlərinin təsiri barədə araşdırma aparıb.
Metbuat.az xəbər verir ki, araşdırmaya görə, bu peyvəndlərin bir dozası belə ciddi müsbət təsir göstərə bilir. Bildirilib ki, bu peyvəndlər hətta yaşı 80-dən çox olan qocaların ölüm təhlükəsini 80 faiz azaldır. 1 dəfə doza qəbul edən yaşı 70-dən çox olan şəxslərin isə koronavirusa yoluxma təhlükəsi 70 faiz azalır. Elm adamları bu uğurlu nəticəyə baxmayaraq, ikinci dəfə dozanın qəbulunu vacib hesab edirlər.
Qeyd edək ki, krallıqda koronavirus peyvəndi olunanların sayı 20 milyonu ötüb. İki ay əvvəl gündəlik 70 minə yaxın olan yoluxma sayı 5 minə qədər düşüb.
Anar Türkeş / Metbuat.az