x
Loading...
.

DƏHŞƏT! Əri üzünü kimyəvi turşu ilə yandırdı - Gənc qadını 36 yaşlı ölününün üzünü ... / FOTO

.

2007-ci ildə əri tərəfindən zorakılığa məruz qalaraq, üzünə turşu tökülən Karmen Tarleton üz köçürməsi etdikdən sonra insanlar qarşısına çıxıb.

Metbuat.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) ilk dəfə və dünyada ikinci dəfə üz transplantasiyası əməliyyatı keçirən Karmen Tarleton, mətbuat qarşısına ilk dəfə yeni üzü ilə çıxıb.

2007-ci ildə tərk etdiyi həyat yoldaşı tərəfindən döyülərək, üzü kimyəvi tuşu ilə yandırılan Tarletonun siması tanınmaz hala gəlmişdi.

O, ilk üz transplantasiyasını 2013-cü ildə həyata keçirib.Yeddi ildən sonra toxuma uyğunsuzluğu problemi olan Tarletona, keçən iyul ayında Bostonda ikinci dəfə üz nəqli etdirib. Sözügedən üz transplantasiyası əməliyyatı ölkədə edilən ilk əməliyyat olaraq qeyd edilsə də, dünya miqyasında edilən ikinci əməliyyatdır.

36 yaşında vəfat edən donor sayəsində yeni bir üzə sahib olduğunu söyləyən Tarleton, "Ən çətin anlarımda hər kəsin verə biləcəyi ən böyük hədiyyəni sən verdin" deyərək donorun ailəsinə təşəkkür edib.

''Bu üzlə doğulmadım, amma yenə də mənimdir. Hər güzgüyə baxanda onun haqqında düşünürəm".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR