x
Loading...

Mobil telefonla ödəniş layihələri işlənilir

.

2021-ci ildə "MasterCard" Azərbaycanda QR ödənişləri inkişaf etdirəcək.

Mətbuat.az-ın məlumatına görə, bunu şirkətin Azərbaycandakı nümayəndəsi Erdem Çakar onlayn tədbir zamanı deyib.

Onun sözlərinə görə, mobil qurğular və müvafiq tətbiqlərlə müştərilər mağazalarda POS-terminallar vasitəsilə ödəniş edə bilər:

"Biz, həmçinin ölkədə mobil qurğular vasitəsilə ödənişlərin inkişafı üzərində işləyirik. Bu gün "MasterCard"la mobil qurğu vasitəsilə "Kapital Bank" müştəriləri ödəniş edə bilir. Əminəm ki, bu layihəyə digər banklar da qoşulacaq".

E.Çakar əlavə edib ki, şirkət yaxın zamanlarda Bakı metrosunda "MasterCard" vasitəsilə ödəniş layihəsini reallaşdırmağı planlaşdırır.(Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR