x
Loading...

Keçmiş məhkum mağazadan 10 min manatlıq oğurluq edib

.

Bakıda oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Yusifov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini K.Xasıyevlə birgə Bakı şəhər sakinləri Ü.Kazımlının mopedini, S.Babyevin “Yamaha” və C.Həsənovun “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR