x
Loading...

Dəmir yolları ilə tranzit yükdaşımalar artıb, beynəlxalq daşımalar azalıb

.

Ötən il "Azərbaycan Dəmir yolları" QSC üzrə beynəlxalq yükdaşımalar 7 683,4 min ton təşkil edib ki, bu da illik müqayisədə 5,5% azdır.

Metbuat.az-ın məlumatına görə, QSC üzrə tranzit yükdaşımaların həcmi 4 130,8 min manat təşkil edib ki, bu da illik ifadədə 8,8% çoxdur.

Məlumata görə, hesabat dövründə daxili yükdaşımalar 2 817,3 min ton olub (-14,5%).

Qeyd olunur ki, ötən il Azərbaycanda dəmir yolu ilə 14 631,5 min ton yük daşınıb. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 3,9% azdır. (APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR