x
Loading...

Xəstəxanaya yerləşdirilən Rəmişdən xəbər var - VİDEO

.

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhətində yaxşıya doğru irəlləyiş var.

Metbuat.az xəbər verir ki, bu haqda AzTV-yə danışan həyat yoldaşı Güllü Hüseynova musiqiçinin vəziyyətinin yaxşılaşdığını bildirib. O deyib ki, Rəmişi vaxtında xəstəxanaya yerləşdiriblər:

“Həkimlər, tibb bacıları ona çox yaxşı baxırlar. Rəmiş nəfəs alır, yenidən həyata göz açıb. Arzum budur ki, Rəmiş ayağa dursun, öz ayaqları üstündə evə getsin”.

Qeyd edək ki, Rəmiş yanvarın 28-də Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.

O, sirroz, tənəffüs çatışmazlığı, qaraciyər çatışmazlığı, ağciyər problemindən əziyyət çəkir.(Oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR