x
Loading...
.

Türkiyə bu planda yer alsa... - Ruslar narahatdır

.

Qaradənizdə NATO-nun həyata keçirdiyi “Poseidon 2021” adlı təlimlər Rusiyada ciddi narahatlıq yaradıb.

Metbuat.az xəbər verir ki, rusiyalı mütəxəssislər Fransa və ABŞ-ın böyük qüvvə ilə iştirak etdiyi məşqlərin birbaşa Rusiyaya qarşı olduğunu güman edirlər. Rusiya Hərbi Birliyin rəhbəri Oleq Svendkovun sözlərinə görə, NATO Ukraynaya açıq dəstək verərək, Krımın ihlaq edilməsi səbəbilə Rusiyaya təzyiq göstərir.

Rusiyalı mütəxəssislər Rusiyaya qarşı ssenarilərdə Türkiyənin də yer ala biləcəyindən narahatdır. Onlar hesab edir ki, regiondakı proseslərin istiqamətinin müəyyənləşməsində Ankaranın mövqeyi həlledicidir. Krım və Moldovadakı vəziyyətlə bağlı Moskva ilə Ankaranın mövqelərinin üst-üstə düşməməsi rusları narahat edir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR