Çavuşoğludan KRİTİK AÇIQLAMA -

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, rəsmi səfər üçün Ankarada olan Gürcüstan Baş Nazirinin müavini və Xarici İşlər naziri David Zalkaliani ilə görüşüb.

Metbuat.az xəbər verir ki, Şərqi Aralıq dənizindəki gərginliklə əlaqədar açıqlamalar verib.hər iki siyasətçi kritik açıqlamalar verib.

Çavuşoğlu deyib ki, gələcəkdə Misirlə bir müqavilə imzalaya bilərik. Məqsəd sülh və bölgədə qalıcı sabitlikdir.

''Misir, Şərqi Aralıq dənizindəki sərhədlərimizə hörmətlə yanaşaraq axtarış aparacağını açıqladı. Şərqi Aralıq dənizində ən uzun ərazisi və sərhədləri olan iki ölkə olaraq, gələcəkdə Misirlə bir müqavilə imzalaya bilərik. Məqsədimiz ekanomik və logistik işbirliyidir.

Gürcüstanın da Şərqi Aralıq dənizi ilə bağlı planları səbəbi ilə bu müqaviləyə ehtiyyatlı yanaşmasını anlaya bilərik, amma belə çətin şərtlərdə ikitərəfli səviyyədə real dialoqa başlamaq çətin ola bilər, lakin çoxsaylı dialoqa başlamaq faydalı ola bilər. Nəticə etibarı ilə bizim Gürcüstanın bu mövzuda verəcəyi qərarlara hörmətimiz var''.

Öz növbəsində David Zalkaliani bildirib ki, Türkiyə bölgədə güclü qərarları olan bir dövlətdir və bu məsələdə müzakirələrin vacibliyini bilirik amma Gürcüstan bu məsələlərdə kənarda qalmamalıdır.

Qeyd edək ki, Bakı-Tiflis-Ceyhan boru kəməri , eləcə də digər təbii qaz və neft boru kəmərləri və su ehtiyyatları, Şərqi Aralıq dənizinin əhəmiyyətini göstərən faktorlardandır. Günümüzdəki dünya təbii qaz ehtiyyatlarının 47%-i Şərqi Aralıq dənizindədir. Ərazidə son zamanlarda həyata keçirilən neft və təbii qaz ehtiyatları axtarış işlərində yeni böyük miqdarda ehtiyatlara malik yataqlar kəşf olunmuşdur. Son illərdə Şərqi Aralıq dənizində kəşf edilmiş təxminən 10 yeni təbii qaz yatağı üçün hesablanan son təbii qaz ehtiyat miqdarı 2,24 trilyon m³-dir.

Mənbə:Haberglobal


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR