Türkiyə yeni İHA və SİHA-lar hazırlayır

“Türkiyə yeni İHA və SİHA layihələri üzərində işləyir”.

Metbuat.az-ın xəbərinə görə, bu barədə açıqlama verən Türkiyənin Müdafiə Sənayesi rəhbəri İsmail Dəmir bildirib ki, mütəxəssislər kiçik İHA-ların imkanlarını artırmaq üçün işlər görür. “Daha böyük pilotsuz uçuş aparatlarına ehtiyacımız var” deyən Dəmir, yeni aparatların yaxın vaxtda hazır olacağını ifadə edib.

Onun sözlərinə görə, Türkiyə “TCG Anadolu” gəmisini SİHA və İHA gəmisinə çevirmək niyyətindədir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR