Türkiyə "CoronaVac" peyvəndinin nəticələrini açıqladı

Çinin hazırladığı "CoronaVac" peyvəndinin Türkiyə üzrə 3-cü mərhələsinin nəticələri açıqlanıb.

Metbuat.az xəbər verir ki, “Sinovac” firması tərəfindən hazırlanan peyvəndin müsbət təsiri ümumilikdə 83,5 faiz təşkil edir. Peyvəndin koronavirusla mübarizə aparma qabiliyyəti 100 faizdir. Yəni peyvənd olunan şəxslər koronavirusa yoluxsa belə, xəstəliyi yüngül keçirib. "CoronaVac"-ın yüngül yan təsirləri də müşahidə olunur.

Peyvənd olunan şəxslərdə baş, ağrısı əzələ ağrısı və digər şikayətlər ola bilər.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR