Etirazlar toqquşmalara çevrildi -

Myanmada davam edən etiraz aksiyaları nəticəsində azı 10 nəfər həyatını itirib.

Metbuat.az xəbər verir ki, nümayişçilərin snayperdən açılan atəş nəticəsində həlak olduğu bildirilir.

Qeyd edək ki, Myanma ordusu ötən ilin noyabr ayında baş tutan seçkilərdə qanun pozuntularına yol verildiyini əsas gətirərək hökuməti devirib. Fevralın 1-də baş verən hərbi çevrilişdən sonra çox sayda hökumət nümayəndəsi həbs edilib. Etirazçılar onların azad olunmasını tələb edir.

Anar Türkeş / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR