x
Loading...
.

Qarabağda S-300 sistemləri bu yolla zərərsizləşdirilib

.

Vətən Müharibəsi ilə bağlı daha bir maraqlı fakt üzə çıxıb.

Metbuat.az xəbər verir ki, Böyük Britaniyanın “Middle East Eye” saytı adı açıqlanmayan yüksək rütbəli azərbaycanlı hərbçidən Qarabağda məhv edilən S-300 zenit-raket kompleksləri ilə bağlı açıqlama alıb.

“Azərbaycan Qarabağ Müharibəsi sırasında Sovet İttifaqının istehsal etdiyi təkmotorlu An-2 təyyarəsindən Rusiyanın “S-300” zenit-raket kompleksinin məhv edilməsi üçün pilotsuz aparat kimi istifadə edirdi”.

Azərbaycanlı hərbçi An-2 təyyarələrində distant idarəetmə sistemi quraşdırıldığını açıqlayıb.

"Təyyarələr S-300 kompeksini aktivləşdirirdi və An-2 vurulduqdan sonra onu vuran sistemin koordinatları Ordumuzun arsenalındakı Harop kamikadze dronlarına ötürülürdü".

Bunun sayəsində 44 günlük döyüşlər zamanı Ermənistana məxsus 6 ədəd S-300 zenit-raket kompleksi məhv edilib. (Modern.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR