x
Loading...

Vaşinqtonda hücum həyəcanı: Təcili qüvvələr cəlb edilir

.

Vaşinqtonda Konqres binası ətrafında yüksək təhlükəsizlik tədbirləri görülür.

Metbuat.az xəbər verir ki, buna səbəb Konqres binasına hücum təhdidlərinin olmasıdır. Təhlükəsizlik tədbirləri ilə əlaqədar əraziyə əlavə qüvvə cəlb edilib. Nümayəndələr Palatasının iclası təxirə salınıb. Polisin açıqlamasına görə, asayiş keşikçiləri hər hansı təhdidə qarşı tam hazır vəziyyətdədir.

Bildirilib ki, polis bütün kəşfiyyat məlumatlarını diqqətə alır və onlara qarşı tədbirlər görür. Yerli medianın məlumatına görə, son günlər konqresmenlərə qarşı təhdidlər artıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR