x
Loading...
.

Qarabağda reabilitasiya mərkəzləri yaradıla bilər

.

Azad olunmuş ərazilərdə şəraiti, mühiti reabilitasiyanın təşkilinə imkan verən yerlərimiz var. Düşünürəm ki, belə ərazilərdə reabilitasiya mərkəzləri yaratmaq olar. Bununla bağlı planlar var və artıq təkliflər müvafiq qurumlara təqdim edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya və İstehsalatın Təşkili Departamentinin direktoru Çingiz Hacıyev deyib.

Departament direktoru bildirib ki, təkliflər qəbul olunarsa, azad edilmiş ərazilərdə də reabilitasiya xidmətinin təşkili üçün mərkəzlər yaradılacaq.

Agentlik rəsmisi əlavə edib ki, son 2 ildə 9 yeni reabilitasiya mərkəzi açılıb:

"Bu ilin əvvəlində - 250 yataqlıq Şağan Reabilitasiya Pansionatının açılışı oldu. Cari ildə ŞəmkirQəbələdə hər biri 25 çarpayılıq olmaqla 2 uşaq Reabilitasiya Mərkəzinin açılması planlaşdırılır. Bununla yanaşı, Protez Ortopedik İstehsalat Mərkəzi tam təmir olunaraq yeni avadanlıqlarla təmin edilib".(Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR