Bu 5 müxalifət partiyası YAP-a qoşulur

Yeni Azərbaycan Partiyasının sabah keçiriləcək qurultayına dair maraqlı məlumatlar əldə olunub. Ölkə gündəminin əsas mövzularından olan qurultayla bağlı bütün xəbərlər hazırda informasiya məkanında liderlik edir.

Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, Azərbaycanın müxalif cizgili, yaxud da müstəqil sayılan 5 partiyası sabahkı qurultayda Yeni Azərbaycan Partiyasına qoşulacaq.

- Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,

- Azərbaycan Kəndli Partiyası, sədri Məmməd Məmmədov,

- Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan,

- Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva.

- Azərbaycan Milli Qurtuluş Partiyas, sədri Vüqar Oruc.

Bu partiyalardan dördü qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçirdiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR