x
Loading...
.

Bu ölkədə 7 baldan çox zəlzələ oldu

.

Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi ölkənin Gisborne bölgəsində baş verib.

Zəlzələnin ardından sunami xəbərdarlığı elan edilib.

ABŞ Geoloji Tədqiqat Mərkəzindən bildirilib ki, zəlzələ Şimal adasındakı Gisborne bölgəsində 238 kilometr məsafədə, okeanda qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və itkilər barədə məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR