Yunanıstanda ikinci dəfə güclü zəlzələ oldu

Yunanıstanda 6 bal gücündə zəlzələ baş verib.

Metbuat.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Təbii fəlakətin episentri Larisa şəhərindən 29 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 2 kilometr dərinlikdə qeydə alınıb. Dağıntı və itkilər barədə hələlik məlumat açıqlanmayıb.

Qeyd edək ki, martın 4-nə keçən gecə də Larisa şəhəri yaxınlığında 6,2 bal gücündə zəlzələ olmuşdu. Evləri dağılan insanlar gecəni küçədə müvəqqəti çadırlarda keçirməli olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR