NATO Türkiyəyə başsağlığı verdi

NATO-nun baş katibi Yens Stoltenberq Bitlisin Tatvan rayonunda baş vermiş hərbi helikopter qəzası ilə əlaqədar Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya başsağlığı verib.

Metbuat.az “Hürriyet”ə istinadən xəbər verir ki. Bu barədə Türkiyə XİN məlumat yayıb. Stoltenberq NATO-nun Türkiyə ilə həmrəy olduğunu bildirib.

Qeyd edək ki, helikopter qəzasında 11 hərbçi həlak olub, 2 nəfər yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR