x
Loading...
.

Bayden ƏSƏBLƏŞDİ: ''Onlar neandertaldırlar''

.

ABŞ-ın yeni seçilən prezidenti Coi Bayden maskasını çıxarmaq istəyənləri neandertal adlandırıb.

Metbuat.az xəbər verir ki, ABŞ-ınTexas və Mississippi əyalətlərinin maska tələbini ləğv etmək qərarını "böyük bir səhv " olaraq xarakterizə edən ABŞ Prezidenti Bayden deyb ki, Amerikanın ən son istəyəcəyi şey maska qərarının ləğvi olmalıdır.

Baydenin belə hiddətlənməsinə səbəb Texas və Mississippi əyalətlərinin qubernatorlarının maska tələbinin ləğvi qərarı ilə əlaqədar açıqlamaları olub.

''Biz hələ də virusla mübarizə aparırıq.Sosial məsafə saxlamaq,əlləri tez-tez yumaq, maska taxmaq ən vacib əməl ediləsi qaydalardandır. Maskalarla belə tez vidalaşmaq yalnız neandertal düşüncəli adamların qərarı ola bilərdi''.

Qeyd edək ki, Bayden tərəfindən daha əvvəl Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş yeni koronavirus növünə (Covid-19) qarşı tələb olunan 1,9 trilyon dollarlıq iqtisadi dəstək paketi senatda müzakirə olunmuşdu.

Bu senatın müzakirəsində olan COVİD-19-a qarşı mübarizədə ən böyük iqtisadi paket kimi dəyərləndirilir. Bu qanun adambaşına 1400 dollar məbləğində nağd yardım dəstəyi nəzərdə tutur.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR