Azərbaycanda dağlıq ərazilər qarölçmə işlərinə başlanılıb.
Mətbuat.az xəbər verir ki, qarölçmə işləri 4 istiqamətdə, 25 marşrut üzrə- Böyük Qafqazın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayonlarının ərazilərindən axan Balakənçay, Katexçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay, Bumçay, Dəmiraparançay, Quba və Qusar rayonlarının ərazilərindən axan Qusarçay, Qudiyalçay, Vəlvələçay, Kiçik Qafqazın Gədəbəy, Daşkəsən, Göygöl rayonlarının ərazilərindən axan Şəmkirçay, Zəyəmçay, Gəncəçay, Kürəkçay və Kəlbəcər, Laçın rayonlarının ərazilərindən axan Tərtərçay, Həkəriçay çaylarının hövzələrində aparılacaq.
İşlər martın birinci yarısında yekunlaşacaq.(Modern.az)