x
Loading...

Emin Əmrullayev: 1000-dən çox müəllim vaksinasiya olunub

.

Artıq 1000-dən çox müəllimin vaksinasiyası həyata keçirilib.

Metbuat.az xəbər verir ki,, bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür:

"Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib. Şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir. Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR