x
Loading...

İran ilə bağlı SENSASİYON AÇIQLAMA: "Qarabağda tikinti layihələrində yer verilməməlidir"

''İran Azərbaycan əlaqələri iyunda İranda keçiriləcək prezident seçkilərindən sonra, mühafizəkar qanadın hakimiyyətə gəlməsindən sonra pisləşə bilər''.

Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə edərək qeyd etdi ki, islahataçılardan fərqli olaraq mühafizəkarlar daima Azərbaycana qarşı təzyiqlər etməyə çalışıblar.

''Məhz Prezident Əhmədi Nicatın dövründə iki ölkə arasında münasibətlər Tehran tərəfindən daim sabotaj edilirdi. İranda "islahatçıların" hakimiyyəti İran-Azərbaycan əlaqələrində müəyyən dərəcədə inkişaf və dinamikaya səbəb olur.

İyunda islahatçılar məğlub olacaqlarsa, Azərbaycan İran siyasətinə yenidən baxmalı olacaq. Ona görə də Azərbaycan bu ölkəyə hər hansı investisiya qoymamalı və Qarabağda tikinti layihələrində yer verməməlidir''.

Politoloq deyir ki, mühafizəkarların ABŞ-la münasibətləri gərginləşəcək, İsraillə müharibə vəziyyətinə gələ biləcək həddə çatacaqlar. Xəzər dənizinin hüquqi statusu ilə bağlı İran parlamenti də müsbət addım atmayacaqdır.

''Azərbaycan, İsrail və ABŞ-la sıx siyasi əlaqələrə malikdir. Xüsusilə İsrail Azərbaycanın hərbi-texniki, strateji tərəfdaşıdır və rəsmi Tehran İsrail amilinə görə Azərbaycan ilə siyasəti mənfiyə doğru aparacaq.

Bundan əlavə, Türkiyənin Cənubi Qafqazda artan siyasi-hərbi mövqeyi mühafizəkarların ölkəmizə qarşı siyasi təzyiqlərinə yol aça bilər. Ona görə də Azərbaycan mühafizəkarların bu siyasətinə hazır olmalı, Türkiyə, Pakistan və İsraillə əlaqələri daha da gücləndirməlidir.

Qeyd edim ki, İran siyasətində dəyişikliklər edəcəksə, Cənubi Qafqazda öz mövqeyinə zərbə vuracaq. Mühafizakarlar Türkiyənin irəli sürdüyü " Altılıq platformasında" yer almaya bilərlər''.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR