"Bu gün Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan S-200, S-300-dən başqa Bakı dünyanın digər ölkələrindən də HHM sistemi alıb. Bunlar İsrail sistemləridir. Məsələn, müasir “Barak 8” kompleksi".
Metbuat.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin polkovniki Oleq Jdanov bildirib. Onun sözlərinə görə, hazırda İsrailin “Rafael” firması tərəfindən hazırlanan hava hücumundan müdafiə sistemi “Barak 8” dünyada ən etibarlı zenit-raket kompleksi sayılır:
“Təsəvvür edin - təkmilləşdirilmiş “Barak” sistemi təyyarələri, ballistik raketləri, qanadlı raketləri, idarə olunan aviabombaları, pilotsuz uçuş aparatlarını və helikopterləri günün istənilən vaxtında, hətta çətin hava şəraitində də 10-12 km radiusda asanlıqla vura bilər. Görmə zonası 360 dərəcədir. Onun bu və ya digər istiqamətdə hərəkət edən hər şeyi məhv etmək və bununla da görmə zonasında olan obyekti müdafiə etmək qabiliyyəti bu gün dünyada ən səmərəli hesab olunur.Məndə olan məlumata görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin arsenalında “Dəmir Qübbə” adlı bir “mələyi” də var ki, o da İsraildən alınıb.
Qeyd edək ki, Ermənistanın müharibə zamanı “İsgəndər”dən istifadə etməsi barədə yayılan məlumat Azərbaycanın hava hücumundan müdafiə sistemlərini gündəmə gətirib.