Çin Uhanda sərbəst araşdırma aparılmasına imkan verməyib

Ümumdünya Səhiyyə Təşkilatı Çinin Uhan şəhərində koronavirusla bağlı müstəqil araşdırma apara bilməyib.

Metbuat.az xəbər verir ki, bu barədə 26 alimin imzası ilə yayımlanan məktubda belə deyilir. Bildirilib ki, ÜST-ün Uhan barədə yayımladığı hesabat etibarlı sayıla bilməz. Çünki, Çin hökuməti onların sərbəst fəaliyyət göstərməsinə şərait yaratmayıb. Hesabat Çinin təqdim etdiyi məlumatlar əsasında hazırlanıb.

Qeyd edək ki, ÜST koronavirusun mənbəyini araşdırmaq üçün Uhana 13 nəfərdən ibarət heyət göndərib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR