Bayden Ərdoğana zəng edəcək

“Qarşıdakı həftələrdə ABŞ prezidenti Co Baydenlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutacaq”.

Metbuat.az xəbər verir ki, “Ağ ev”in mətbuat katibi Cen Psaki belə açıqlama verib. Jurnalistin “Bayden və Ərdoğan arasında hələ də telefon danışığı baş tutmaması” ilə bağlı sualına cavabında o bildirib ki, dövlət başçıları gələcək həftələrdə bunu reallaşdıracaq.

“Baydenin zəng etməli olduğu bir çox dünya lideri var. Ərdoğan ilə də görüşəcəyindən əminəm” - deyə sözçü qeyd edib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR