x
Loading...
.

Paşinyan ABŞ-ın dövlət katibinə Azərbaycandan ŞİKAYƏT ETDİ

.

Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə hər iki tərəf Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyəti müzakirə ediblər.

Paşinyan söhbət zamanı əsirlər məsələsini də müzakirə edib. O, ABŞ-ın Ermənistana davamlı yardımını, həmçinin ATƏT-in Minsk qrupundakı rolunu yüksək qiymətləndirib.

ABŞ dövlət katibi Ermənistanla tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, Ermənistanın demokratiya sahəsində qazandığı uğurları yüksək qiymətləndirib və Birləşmiş Ştatların Ermənistana islahatlar aparmaqda kömək edəcəyini bildirib.

Ermənistanda qanunun aliliyinin gücləndirilməsində, korrupsiyaya qarşı mübarizədə, ədliyyə sistemində və polisdə islahatların aparılmasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Məlumat üçün bildirək ki, bu, Ermənistan hökumətinin başçısı ilə ABŞ-ın yeni dövlət katibi arasında ilk danışıqlardır.

Mənbə:News.arm


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR