x
Loading...

İTALİYADA MORQLAR DOLDU - ''Qəbiristanlıqda yer YOXDUR, ölüləri evdə SAXLAYIN''

.

İtaliyada qəbiristanlıqda demək olar ki, yer qalmadığıdan insanlar cənazələri evlərində saxlamağa başlayıblar.

Metbuat.az xəbər verir ki, İtaliyada koronavirusa yoluxmuş insanların sayı 3 milyonu keçdiyindən epidemiya səbəbiylə həyatını itirən insanların şəhərdə dəfn olunduğu qəbiristanlıqda demək olar ki, yer qalmayıb. Bu səbəbdən bəzi vətəndaşlar cənazələri evlərində saxlamağa məcbur olublar. Hazırda ölkədə olan morqlarda da basdırılmamış ölülərin sayı 8mindən çoxdur.

Səhiyyə Nazirliyinin açıqladığı gündəlik məlumatlara görə, ölkədə son 24 saat ərzində edilən 378 min 463 testdə 24 min 36 adama Covid-19 diaqnozu qoyulub.

Onlardan ölənlərin sayı 297 artaraq 99 min 271 nəfərə çatıb. Nəticədə meyitləri basdırmağa yer qalmadığından insanlara ölülərini evdə saxlamaq tövsiyyə edilib.

Qeyd edək ki, bir martdan bəri İtaliyada gündəlik virusa yoluxma sayında kəskin artım başlayıb.

Beləliklə, epidemiyanın başladığı 2020-ci ilin fevral ayından bu yana xəstəlik sayı 3 milyon 23 min 129-a çatıb. Hazırda reanimasiyada müalicə alan xəstələrin sayı isə 2 min 525 nəfərdir.

Mənbə: DHA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR