İndoneziyada dəhşətli hadisə baş verib.
Metbuat.az xəbər verir ki, üzmək üçün çaya girən 8 yaşlı qız timsahın hücumuna məruz qalıb. Nəticədə nəhəng yırtıcı uşağı udub. Dərhal hərəkətə keçən heyvan ovçuları, timsahı ələ keçirib. 6 metr uzunluğundakı timsahın qarın nahiyyəsi yarılaraq, uşağın cəsədi çıxarılıb.
Anar Türkeş / Metbuat.az