x
Loading...
.

Göyçayda "Gənclər Startapda" adlı təlim keçirilib - FOTOLAR

.

Göyçay şəhərində gənclərlə birlikdə təlim keçirilib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi xəbərinə görə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə startap üzrə innovativ ideyaların üzə çıxarılması və potensial komandanın hazırlanması məqsədi ilə "Gənclər Startapda" adlı təlim baş tutub. Təlim beynəlxalq dərəcəli təlimçi, FAO-nun əməkdaşı Əzizağa Atakişiyev tərəfindən həyata keçirilib. Təlimin məqsədi Göyçay gənclərinin startapların hazırlanmasına təşviq edilməsi, eləcə də ölkəmizdə keçirilən "İdeyadan biznesə" layihəsinə və bu istiqamətdə olan bir çox beynəlxalq müsabiqələrə yeni startapçıların hazırlanmasıdır. Keçirilən təlim zamanı gənclər öz şəxsi idealarını təqdim ediblər.

Davud Tarverdiyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR