Martın 10-dan “Dərs vaxtı”nda yuxarı siniflər üzrə eşitməsində çətinliyi olan uşaqlar üçün teledərslərin yayımına başlanılır.
Metbuat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu ilin fevral ayından etibarən “Dərs vaxtı”nda ibtidai siniflər üzrə sözügedən dərslər təqdim edilir.