Holand bunu Ronaldu və Messidən yaxşı bacardı

Dortmund "Borussiya"sının 20 yaşlı hücumçusu Erlinq Holand Almaniya Bundesliqasının 24-cü turunda "Bavariya"nın qapısına karyerasının 100-cü qolunu vurub.

Metbuat.az xəbər verir ki, hazırda davam edən görüşdə (2:2) dubl edən norveçli bunu 146-cı oyunda bacarıb.

Müqayisə üçün bildirək ki, PSJ-nin forvardı 100 qol həddinə 180, "Barselona"nın ulduzu Lionel Messi 210-cu matçda çatıb."Yuventus"un forvardı Kriştianu Ronaldu 301-ci görüşündə 100 top vurmağı bacarıbsa, Zlatan İbrahimoviç peşəkar karyerasının 245-ci qarşılaşmasında anoloji uğura imza atıb.

Holand 2020/21 mövsümündə Almaniya Bundesliqasında 18 matça çıxaraq, 19 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. (fanat.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR