Mançester Yunayted qələbə qazandı

İngiltərə Premyer Liqasında 28-ci turun mərkəzi görüşü keçirilib.

Metbuat.az xəbər verir ki, “Emireyts” stadionunda "Mançester Siti" və "Mançester Yunayted" komandaları qarşılaşıb.

Turun maraq doğuran görüşü “Mançester Yunayted” klubunun 2:0 hesablı qələbəsilə başa çatıb. Bununla da "şəhərlilər"İn 19 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Qələbədən sonra "Mançester Yunayted" klubu xal ehtiyatını 54-ə çatdıraraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb, “Mançester Siti” isə 65 xalla birincidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR